Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"MƏŞĞULLUQ HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN TƏTBIQI ILƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLIKASININ BƏZI QANUNVERICILIK AKTLARININ QÜVVƏDƏN DÜŞMÜŞ HESAB EDILMƏSI VƏ BƏZI QANUNLARINA DƏYIŞIKLIKLƏR VƏ ƏLAVƏLƏR EDILMƏSI BARƏDƏ" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN ICRASÍNÍN TƏMIN EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI

"Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ikinci hissəsinin "ə" yarımbəndində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi və onun yerli orqanları nəzərdə tutulur.

2. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, III kitab, maddə 612; 2001-ci il, №7, maddə 462, №12, maddə 755; 2002-ci il, №1, maddə 49, №5, maddələr 260, 275, №8, maddələr 478, 484, 486; 2003-cü il, №6, maddə 299, №8, maddə 434, №9, maddə 478, №10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, №1, maddələr 19, 26, №2, maddə 68, №3, maddə 138; Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 aprel tarixli, 55 nömrəli, 26 may tarixli, 68, 70, 72 və 73 nömrəli fərmanları) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

2.1. 2-ci bəndin dördüncü abzasında "54.0.9-cu" rəqəmindən əvvəl "53-2-ci" rəqəmi, "318-ci," rəqəmindən sonra "318-1-ci," rəqəmi əlavə edilsin;

2.2. 3-cü bəndin ikinci abzasında "53-59-cu" rəqəmləri "53, 53-1, 53-2, 54-59-cu" rəqəmləri ilə əvəz edilsin, "318-ci" rəqəmindən sonra isə ", 318-1" rəqəmi əlavə edilsin.

3. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli, 73 nömrəli Fərmanının 2-ci bəndinin birinci abzasında "aşağıdakı məzmunda iyirmi dörduncü" sözləri "2-ci bəndinə aşağıdakı məzmunda iyirmi səkkizinci" sözləri ilə əvəz edilsin.

4. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi barədə" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli, 70 nömrəli Fərmanının 1.1-ci bəndinin üçüncü abzasında "223-1.1" rəqəmi "223-1.2" rəqəmi ilə əvəz edilsin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, "3" avqust 2004-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin