Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"ÖLKƏDƏN GETMƏK, ÖLKƏYƏ GƏLMƏK VƏ PASPORTLAR HAQQINDA" VƏ "AZƏRBAYCAN RESPUBLIKASI VƏTƏNDAŞININ ŞƏXSIYYƏT VƏSIQƏSI HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI QANUNLARININ QÜVVƏYƏ MINMƏSI BARƏDƏ" AZƏRBAYCAN RESPUBLIKASI MILLI MƏCLISININ 1994-CÜ IL 14 IYUN TARIXLI 818 SAYLI QƏRARINDA DƏYIŞIKLIK EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası qanunlarının qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 14 iyun tarixli 818 saylı qərarının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, N 18, maddə 245) 2-ci bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikası vətəndaşlarında olan daxili pasportlar 2005-ci il iyunun 30-na qədər;".

II. Bu qanun dərc olunduğu gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının prezidenti

Bakı şəhəri, 4 may 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin