Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"ÖLKƏLƏRARASI ÖVLADLIĞA GÖTÜRMƏ ILƏ BAĞLI UŞAQLARIN MÜDAFIƏSI VƏ ƏMƏKDAŞLIQ HAQQINDA" KONVENSIYAYA QOŞULMAQ BARƏSINDƏ
AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası 1993-cü il 29 may tarixli "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Konvensiyaya müvafiq bəyanatlarla (bəyanatların mətni əlavə olunur) qoşulsun.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının prezidenti

Bakı şəhəri, 30 mart 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin