Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"VALYUTA TƏNZIMI HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASI QANUNUNUN ICRASI ILƏ ƏLAQƏDAR YOL VERILƏN INZIBATI XƏTALARIN QARŞISININ ALINMASI IŞININ TƏKMILLƏŞDIRILMƏSI BARƏDƏ

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI

"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar yol verilən inzibati xətaların qarşısının alınması işinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının 3-cü bəndinə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

- beşinci abzasdan "222-ci," sözü çıxarılsın;

- otuz birinci abzasda "Məcəllənin" sözündən sonra "222.1-ci, 222.2-ci," sözləri əlavə edilsin;

- aşağıdakı məzmunda otuz ikinci abzas əlavə edilsin:

"həmin Məcəllənin 222.3-cü və 222.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Milli Bankı baxır;"

- otuz ikinci - otuz doqquzuncu abzaslar müvafiq olaraq otuz üçüncü - qırxıncı abzaslar hesab edilsin.

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin