İQTİSADİYYAT
® FCHAIN-in baş direktorunun müavini Şuşada keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib
FCHAIN-in baş direktorunun müavini Valid Hüseynov Azərbaycan Auditorlar Palatasının rəhbərliyi ilə Şuşa şəhərinə səfər edib.
Səfər “Audit xidməti haqqında” Azərbaycan Respublikası Qanununun imzalanmasının 30-cu ildönümünə həsr olunmuş “Yaşıl iqtisadiyyat zəminində hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransın açılış mərasimi ilə əlaqədar baş tutub.
Konfrans iştirakçıları əvvəlcə Şuşa şəhərində aparılan quruculuq işləri ilə tanış olublar. Cıdır düzünə, Şuşa qalasına, güllələnmiş büstlərə, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinə baş çəkiblər, habelə Ulu Öndərin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və Qarabağ” fotosərgisinə və XIX əsrin ensiklopedik alimi Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgiyə baxış keçiriblər.
Sonra beynəlxalq elmi-praktik konfransda Azərbaycanda audit xidmətinin əsasları, auditin ölkənin sosial-iqtisadi həyatında rolu, beynəlxalq audit standartlarının tətbiqi və s. kimi məsələlər müzakirə olunub.