İQTİSADİYYAT


"ABB-Moskva"nın Yekaterinburq filialının kredit portfeli son bir ildə 60 faiz artıb

Bakı, 17 avqust (AZƏRTAC). İyulun 1-nə olan məlumata görə, Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə bankı olan "ABB-Moskva"nın Yekaterinburq filialının kredit portfeli son bir ildə 59 faiz artaraq 2,6 milyard rubl təşkil edib.

Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, filialın depozit portfeli bir il ərzində 466 faiz artaraq 401 milyon rubla çatıb.

Qeyd edək ki, ABB-nin Yekaterinburq filialı 2005-ci ilin sentyabr ayında açılıb. Hazırda filialın “Taqanski” ofisi də müştərilərə xidmət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.