İQTİSADİYYAT


"AG Bank" Bakı Fond Birjasında listinqə qəbul edilib

Bakı, 8 noyabr, AZƏRTAC

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AG Bank" ASC-nin adi, adlı, sənədsiz səhmləri BFB-də listinqə daxil edilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan qiymətli kağızların sayı 2 milyon 900 min ədəd, ilkin ticarət qiyməti 2 manatdır. Qiymətli kağızlar noyabrın 13-22-də yerləşdiriləcək.

Səhmlərin yerləşdirilməsi üzrə anderayter “Uni Capital İnvestisiya şirkəti” QSC-dir.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.