CƏMİYYƏT
"ASAN kommunal"da ödənişlərinin onlayın qaydada həyata keçirilməsi üçün video təlimat jest dilinə tərcümə edilib VİDEO
Bakı, 28 iyul, AZƏRTAC
Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Jest dilində məlumatlandırma" layihəsi uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti məlumatlandırma layihəsi "ASAN kommunal"da ödənişlərin onlayın qaydada ödənməsi üçün videotəlimatın jest dilində tərcüməsinə həsr olunub.
Koronavirusdan qorunmaq üçün tətbiq edilən sosial izolyasiya və xüsusi karantin rejimi şəraitində günün bütün hissəsini evdə keçirənlərin kommunal ehtiyatı da tez tükənə bilər. Karantin dövründə banka getmədən, poçt və ya ödəniş təminatlarından istifadə etmədən kommunal ödənişlərin evdən onlayn qaydada ödənilməsi mümkündür.