CƏMİYYƏT


"ASAN xidmət" "Yaşıl Marafon" ağacəkmə kampaniyasına qoşulub

Bakı, 4 dekabr, AZƏRTAC

IDEA İctimai Birliyinin, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon" ağacəkmə kampaniyası davam edir.

Kampaniya çərçivəsində bu gün Xocəsən qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin, "ASAN xidmət" mərkəzlərinin, o cümlədən digər qurumların əməkdaşlarının və könüllülərinin iştirakı ilə 4 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 4000-ə yaxın müxtəlif cinsli ağac əkilib.

"Yaşıl Marafon" kampaniyası çərçivəsində ağacəkmə tədbirləri Bakının Müşfiqabad qəsəbəsində və ölkənin digər regionlarında da keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.