Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

"AZƏRBAYCAN RESPUBLIKASININ BƏZI QANUNVERICILIK ATKLARINA DƏYIŞIKLIKLƏR VƏ ƏLAVƏLƏR EDILMƏSI HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASININ 2003-CÜ IL 20 IYUN TARIXLI 485-IIQD NÖMRƏLI QANUNUNUN TƏTBIQ EDILMƏSI BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Azərbaycan Respublikasının bəzi qanunvericilik atklarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2003-cü il 20 iyun tarixli 485-IIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanına aşağıdakı əlavə və dəyişiklik edilsin:

3-cü bəndə aşağıdakı məzmunda sonuncu abzas əlavə edilsin:

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1-ci maddəsində nəzərdə tutulmuş cinayətə dair iş üzrə-bu işi başlamış Azərbaycan Respublikasının Vergilər Nazirliyi və ya Dövlət Gömrük Komitəsi.";

4-cü bənddə "və 213-cü (Vergi ödəməkdən yayınma)" sözləri", 213-cü (Vergi ödəməkdən yayınma) və 213-1-ci (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) (belə marka olmadan satma, satış məqsədi mlə saxlama, istehsalat binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə)" sözləri ilə əvəz edilsin.

2. "Azərbaycan Respublikasının İnzibati Xətalara Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bunula bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının 3-cü bəndinə aşağıdakı dəyişikliklər edilsin:

-iyirmi dördüncü abzasdan "229-cu", sözü çıxarılsın;

-otuz dördüncü abzasda "293-295-ci" sözləri "293-cü, 294-cü, 295-ci" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

-qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2003-cü il 20 iyun tarixli 485-IIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

-Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin;

-öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2003-cü il 20 iyun tarixli 485-IIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 avqust 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin