İQTİSADİYYAT


"Açıq mikrofon" aksiyasının növbəti ünvanı Zərdab rayonu olub

Bakı, 7 fevral, AZƏRTAC

SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Zərdab rayonunda baş tutub.

AZƏRTAC xəbər verir ki, vətəndaşlara qaz təsərrüfatına dair üzləşdikləri çətinlikləri rahatlıqla səsləndirmələri üçün istənilən şərait yaradılıb. Görüş zamanı sakinlər tərəfindən 10 müraciət daxil olub. Ünvanlanan müraciətlər əsasən fərdi yaşayış evinin qazlaşdırılması, istehlak olunan təbii qaza görə yaranan borcun araşdırılması və qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı olub.

Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri səsləndirilən bütün müraciətlər barədə vətəndaşlara lazımi izahatlar verərək, hər bir problemin aidiyyəti üzrə yönləndiriləcəyini diqqətə çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.