MƏDƏNİYYƏT


"Ədəbiyyat haqqında hər şey" adlı yeni layihəyə başlanılır

Bakı, 3 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası "Ədəbiyyat haqqında hər şey" adlı yeni layihəyə start verib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Azərbaycan və dünya ədəbiyyatı nümayəndələri, məşhur əsərlər haqqında maraqlı məlumatlar veriləcək.

Bu məqsədlə kitabxananın əməkdaşı Vüsalə Məhərrəmova tərəfindən layihənin ilk bölməsi "Yazarların stolüstü əsərləri" adlı videoçarx hazırlanıb. Bu bölmədə sevimli yazıçıların sevimli əsərləri, yaxud müəllifləri haqqında məlumatlar təqdim ediləcək.

Sevimli yazıçılar da bizim kimi mütaliə edir, kimlərisə sevir, kimlərisə bəyənmirlər. Hətta elə əsərlər var ki, onlar dünyada tanınan yazıçıların stolüstü kitablarıdır və əllərinin altından heç vaxt əskik olmur.

Beləliklə, layihənin ilk bölməsində oxucular ilk olaraq məşhur Amerika yazıçısı Stiven Kinqin sevimli kitabları ilə tanış olacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.