ELM VƏ TƏHSİL


"Admiral Cavadov: həyatı və döyüş yolu" kitabı çapdan çıxıb

Bakı, 6 dekabr, AZƏRTAC 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, dosent Səbuhi Əhmədovun Azərbaycanın görkəmli hərbi və dövlət xadimi Cəlil Cavadova həsr olunmuş "Admiral Cavadov: həyatı və döyüş yolu" kitabı işıq üzü görüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, nəşrin elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, hərbi məsləhətçisi isə ehtiyatda olan 1-ci dərəcəli kapitan Nurulla Əliyevdir.

Kitab Azərbaycan və Rusiya arxivləri, muzeylər, fərdi kolleksiyalarda olan tarixi materiallar əsasında hazırlanıb. Əsərdə təqdim edilən materialların böyük əksəriyyəti ilk dəfədir ki, nəşr edilib. Kitabda çoxsaylı tarixi fotoşəkillər, arxiv sənədlərinin surətləri təqdim olunub.

Yeni nəşr hərbi vətənpərvərlik tariximizin tədqiqi və təbliği baxımından əhəmiyyətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.