DÜNYA


"Aeroflot" aviaşirkəti Qazaxıstanın doqquz şəhərinə reysləri ləğv edib

Nur-Sultan, 7 avqust, AZƏRTAC

Rusiyanın “Aeroflot” aviaşirkəti avqustun sonunadək Qazaxıstanın doqquz şəhərində beynəlxalq istiqamətlər üzrə müntəzəm reysləri dayandırdığını bəyan edib.

AZƏRTAC xəbər verir ki, müvafiq qərar mövcud epidemioloji məhdudiyyətlər nəzərə alınmaqla qəbul olunub.

Aviaşirkət avqustun 31-dək Aktau, Aktobe, Almatı, Atırau, Karaqanda, Kostanay, Qızılorda, Nur-Sultan və Çimkent də daxil olmaqla müntəzəm uçuşlar yerinə yetirməyəcək.

Qeyd edək ki, Qazaxıstandan avqust ayında Tailand və Gürcüstana reyslər açılması planlaşdırılır. Rusiya ilə hava əlaqəsinin bərpasının tarixi hələ açıqlanmayıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.