DÜNYA


"Alibaba" kuryer şirkətinə 693 milyon dollar sərmayə yatıracaq

Pekin, 12 mart, AZƏRTAC

Çinin elektron ticarət nəhəngi “Alibaba” şirkəti ölkənin qabaqcıl kuryer firmalarından olan “STO Express”ə 4,66 milyard yuan (təxminən 693 milyon ABŞ dolları) sərmayə yatıracaq.

AZƏRTAC xəbər verir ki, bunun müqabilində “STO Express”in aksiyalarının 14,6 faizinə nəzarət “Alibaba”ya keçəcək. Artıq tərəflər arasında bununla əlaqədar müqavilə imzalanıb.

“Alibaba” 2017-ci ildə növbəti 5 il üçün qlobal logistika şəbəkəsinin qurulmasına təxminən 15 milyard dollar vəsait sərf edəcəyini bildirmişdi. Ötən ilin mayında isə sifarişlərin 72 saat ərzində dünyanın istənilən nöqtəsinə çatıdırılmasını təmin etmək üçün özünün qlobal logistika şəbəkəsini genişləndirmək, xidmətin səviyyəsini və keyfiyyətini yüksəltmək planlarını açıqlamışdı.

Qeyd edək ki, dünyanın ən bahalı markaları siyahısının ilk onluğunda yer alan “Alibaba” planetin ən böyük elektron ticarət şirkətidir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.