İDMAN
"Altibox Norway Chess 2019": Şəhriyar Məmmədyarov son turda Yu Yanqyi ilə mübarizə aparacaq
Bakı, 14 iyun, AZƏRTAC
Bu gün Norveçin Stavanger şəhərində “Altibox Norway Chess 2019” superturnirinin son turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun son turda rəqibi Çin təmsilçisi Yu Yanqyi olacaq. Qeyd edək ki, səkkiz turun nəticəsinə görə şahmatçımızın aktivində cəmi 5,5 xal var.
Turnirdə 13 xal toplayan norveçli dünya çempionu Maqnus Karlsen artıq qələbəni təmin edib. Levon Aronyan 9 (Ermənistan), Fabiano Karuana, Uelsli So (ABŞ), Yu Yanqyi (Çin) 8,5, Din Liren 8, hindistanlı Vişvanatan Anand, fransalı Maksim Vaşe-Laqrav 7,5, rusiyalı Aleksandr Qrişuk isə 4 xal toplayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]