İDMAN


"Araz" futzal klubu "Benfika"ya məğlub olub

Bakı, 11 oktyabr, AZƏRTAC

"Araz" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz “Benfika” klubu ilə qarşılaşıb. Belçikada təşkil olunan oyun Portuqaliya çempionunun 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan çempionu ilk oyununda Belçikanın “Halle-Gooik” klubuna 1:5 hesabı ilə məğlub olub.

“Araz” qrupda sonuncu oyununu oktyabrın 12-də Ukraynanın “Xerson” klubuna qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.