MƏDƏNİYYƏT


"Art management" layihəsi çərçivəsində silsilə vebinarlar davam edir

Bakı, 28 sentyabr, AZƏRTAC

"Art management" layihəsi çərçivəsində silsilə vebinarlar davam edir.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə oktyabrın 1-də saat 15:00-da layihə çərçivəsində “Müəllif hüquq qanunvericiliyi haqqında” mövzusunda vebinar keçiriləcək.

Layihə çərçivəsində baş tutacaq təlim Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəyli tərəfindən reallaşacaq.

Qeyd edək ki, “Art management” layihəsinə yaradıcı şəxslərin bu sahə üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə start verilib.

“Zoom” tətbiqi vasitəsilə keçiriləcək treninqdə dinləyici qismində iştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün “Art management” başlığını qeyd etməklə ([email protected]) elektron-poçt ünvanımıza müraciət etmələri xahiş olunur.

Layihə çərçivəsində baş tutan vebinarlar barədə məlumatları Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı (www.azgallery.az), feysbuk və instaqram sosial media hesablarından izləmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.