İQTİSADİYYAT


"Asan İmza" qanunvericilik səviyyəsində ümummilli identitetə bərabər tutulur

Bakı, 23 may, AZƏRTAC

"Asan İmza" mobil identitet və imza xidməti hər yerdə dövlət və özəl elektron xidmətlərə əlyetərliliyi təqdim edir və qanunvericilik səviyyəsində ümummilli identitetə bərabər tutulur. Həllin mobilliliyi və istifadədə rahatlılığı sayəsində "Asan İmza" vətəndaşlar və biznes mühitində kifayət qədər populyarlıq əldə edib və mobil hökumətin açar komponenti hesab edilir. Bundan əlavə, Azərbaycanın qeyri-rezidentləri üçün başlayan "еmResidency" proqramı sayəsində "Asan İmza"nın verilişi hər kəsə əlyetərli olacaq. Bu imkan xüsusilə xaricdə fəaliyyət göstərərək Azərbaycanda biznes qurmağa, ölkəyə investisiya qoymağa və lokal on-line xidmətlərin bütün imkanlarından istifadə etməyə çalışan hər kəsə aid edilə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə "Asan İmza" mobil elektron imza xidmətinin operatoru, "B.EST Solutions" Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpe Risk Management Forum 2017-də deyib.

Y.Krimpe qeyd edib ki, "Asan İmza" bütün vacib elektron tranzaksiyaları həyata keçirməyə və sənədləri hüquqi baxımdan qanuni olan elektron imza ilə imzalamağa imkan verən əlçatan texnologiyadır. "Asan İmza" texnologiyası elektron mühitdə fərdi verilənlərin və tranzaksiyaların təhlükəsizliyi və toxunulmazlığına tam zəmanət verir, bu isə bank elektron sistemləri ilə qarşılıqlı əlaqə zamanı istifadəçinin şəxsiyyətinin identifikasiyasının digər ənənəvi alətləri üzərində mobil imza texnologiyasının əsas üstünlüyü hesab edilir. Əksər Azərbaycan bankları özlərinin elektron və mobil bankçılıq sistemlərində "Asan İmza" mobil elektron imzanı istifadə edirlər ki, bu da həmin bankların müştərilərinə hesabların açılması, kredit ərizələrinin qeydiyyatı, valyutanın konversiyası və köçürülməsi, hesablar haqqında informasiyanın əldə edilməsi və s. bu kimi xidmətlərdən sutkanın istənilən vaxtında yalnız özünün mobil telefonu vasitəsilə asan və təhlükəsiz şəkildə yararlanmağa imkan verir. Demək olar ki, bütün vacib bank xidmətləri "Asan İmza" istifadəçisinin mobil qurğusunda yerləşir və istifadə üçün fasiləsiz olaraq əlçatandır. Bu texnologiya ölkənin banklarına öz iş mühitində IT-risklərin yaranma təhlükəsini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

"Kibertəhlükələrin artan səviyyəsini nəzərə alaraq Azərbaycan bankları "Asan İmza"nı özlərinin daxili elektron kargüzarlıq sistemlərində istifadə etməyə başlayıblar. "Asan İmza" "Şəxsi kabinetlər"ə, hesab platformalarına, sığorta və digər on-line sistemlərə giriş üçün universal və daha təhlükəsiz identifikator kimi əvəzolunmazdır. Bundan əlavə, "Asan İmza" texnologiyasının aktiv şəkildə tətbiqi ölkədə elektron bankçılıq və elektron kommersiyanın inkişafına təsir göstərir. Bütün bu addımlar nəinki identifikasiya, o cümlədən bütün mərhələlərdə bank-müştəri qarşılıqlı əlaqəsinin ardıcıl rəqəmsallaşdırılmasına yönəlib ki, bu da maliyyə xidmətlərinin bütün vətəndaşlar üçün əlçatanlılığının əhəmiyyətli dərəcədə yüksəldilməsinə imkan verəcək. Eyni zamanda, "Asan İmza" texnologiyasının tətbiqi vətəndaşların banklara etibarının yüksək səviyyədə təmin edilməsinə, vaxtın və sorğuların emalının qiymətini kifayət qədər azaltmağa, eləcə də verilənlərin qorunmasının dəfələrlə gücləndirilməsinə kömək edir. "Asan İmza" ilə qarşılıqlı əlaqə zamanı o, maliyyə sisteminin ümumi sabitliyinə müsbət təsir edir. Bu sabitlik sənəd dövriyyəsinin elektron formaya köçürülməsi, dövlət informasiya sistemlərindən əldə edilən verilənlərin etibarlılığının yüksəldilməsi nümunəsində risklərin azaldılması kimi texniki qarşılıqlı əlaqə zamanı bank xərclərinin əhəmiyyətli dərəcədə azaldılması hesabına baş verir", - deyə Yana Krimpe diqqətə çatdırıb.

Yana Krimpe bildirib ki, "Asan İmza" texnologiyası Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təqdim olunan "Azexport.az" portalına inteqrasiya olunub və bu texnologiya "Made in Azerbaijan" konsepsiyasını izləyir. Bu gün portal Azərbaycanda istehsal olunan malların ixracını dəstəkləyir və "Alibaba.com", "Wholesale" və "All.biz" kimi dünya elektron ticarət şirkətləri ilə çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.