ELM VƏ TƏHSİL


"Əsas həyat bacarıqları" mövzusunda distant təlimlər davam edir

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Təhsil İnstitutu UNICEF (BMT-nin Uşaq Fondu) ilə birgə "Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi" adlı layihənin icrasını davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində cəbhəyanı ərazilərdə "Əsas həyat bacarıqları" mövzusunda distant təlimlər keçirilir.

UNICEF tərəfindən hazırlanan "Əsas həyat bacarıqları" proqramının əsas məqsədi cəbhəyanı bölgələrdə təhsil alan yeniyetmələrin gündəlik həyatlarında rastlaşdıqları çətinlikləri aradan qaldırmaq üçün bir sıra bacarıqlara yiyələnməsidir. Belə ki, təlimlər zamanı yeniyetmələrə “Stresin idarə olunması”, “Emosiyaların tənzimlənməsi”, “Sağlam özünü qiymətləndirmə”, “Fəal dinləmə”, “Empatiya”, “Dayanaqlıq” kimi bacarıqların aşılanması, inkişaf etdirilməsi və tətbiqi hədəf olaraq qarşıya qoyulub.

Bərdə, Ağdam və Tərtər rayonlarında növbəti 100 müəllim üçün sözügedən təlimlər 12 akademik saat üzrə davam edir. Təlimdə iştirak edən müəllimlər tərəfindən aidiyyəti mövzular üzrə şagirdlər üçün məşğələlər keçiriləcək. Məşğələlərin may ayının sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.