İDMAN


"Aşqabad-2017"nin medal sıralamasında Türkmənistan millisi liderliyini davam etdirir

Aşqabad, 20 sentyabr, AZƏRTAC

Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunlarının medal sıralamasında Türkmənistan millisi liderliyini davam etdirir.

AZƏRTAC-ın Aşqabada ezam olunan müxbiri xəbər verir ki, hesabında 43 qızıl, 28 gümüş və 20 bürünc medal olan Türkmənistan yığması birinci pillədə qərarlaşıb. İlk üçlüyü İran (7-4-15) və Qazaxıstan (6-6-10) yığmaları tamamlayır.

Birləşmiş Ərəb Əmirlikləri (5-4-7) dördüncü, Tailand (4-7-10) beşinci, Özbəkistan (3-9-27) altıncı, Monqolustan (3-5-6) yeddinci, Vyetnam (3-5-6) səkkizinci, Çin (3-2-4) doqquzuncu, Hindistan (3-2-2) isə onuncu pillədə yer alıb.

İndiyədək 26 ölkənin idmançıları "Aşqabad-2017"də medal qazanıblar.

Səxavət Quliyev

AZƏRTAC-ın müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.