MƏDƏNİYYƏT


"Asudə vaxtın səmərəli təşkili bizə nə qazandırır" mövzusunda tədbir keçirilib

Bakı, 18 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mirzə Ələkbər Sabir adına şəhər kütləvi kitabxanasında "Asudə vaxtın səmərəli təşkili bizə nə qazandırır" mövzusunda tədbir keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əsasən rəsm çəkmək və dünya ədəbiyyatını mütaliə edərək intellektual səviyyələrini artırmaq, eləcə də şifahi xalq ədəbiyyat nümunələrini oxumaqla adət-ənənələrimizin incəliklərini mənimsədiklərini bildiriblər.

Qeyd edək ki, kitabxanada növbəti həftə kitablar təqdim olunacaq. Oxunan kitabların müzakirəsi üçün görüş təşkil ediləcək. Rəssamlıq bacarığı olan uşaqlar oxunan kitabı çəkəcəkləri rəsm vasitəsilə digərlərinə çatdıracaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.