CƏMİYYƏT
"AtaBank"ın müştəriləri ödənişsiz göz müayinəsindən keçiblər
Bakı, 22 sentyabr, AZƏRTAC
"AtaBank" ASC-nin 500-ə yaxın müştərisi Korporativ Sosial Məsuliyyət çərçivəsində təşkil olunan kampaniyada ödənişsiz göz müayinəsindən keçib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində müştərilər 2 həftə ərzində gözlərini tam ödənişsiz müayinə etmək fürsəti əldə ediblər.
Layihə Qurban Bayramı tətilindən sonra başlayıb və növbəli şəkildə bankın "Dostluq" və "Nərimanov" filiallarında həyata keçirilib.
Layihə müddətində müayinədən keçməyən müştərilər istənilən vaxt klinikada 15 faiz endirimlə müayinə oluna bilərlər. Bundan əlavə, göz əməliyyatına ehtiyacı olan "AtaBank” müştəriləri “Dünyagöz” xəstəxanasından 10 faiz endirim əldə edə bilərlər. Bunun üçün ödənişi sadəcə "AtaBank"ın "Visa" və ya "MasterCard" plastik kartları vasitəsilə həyata keçirmək kifayətdir.
"AtaBank" ASC korporativ idarəetmə standartları çərçivəsində cəmiyyət, müştərilər və öz işçiləri qarşısında olan korporativ sosial məsuliyyətinə daim önəm verir.