İDMAN


"Atletiko Baku” futzal komandası “Ajara Cup 2020”yə qələbə ilə başlayıb

Bakı, 27 fevral, AZƏRTAC

“Atletiko Baku” futzal komandası Gürcüstanda keçirilən “Ajara Cup 2020” beynəlxalq turnirinə qələbə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə və Ukrayna komandaları da birincilik uğrunda mübarizə aparırlar.

Bakı təmsilçisi Ukraynanın "Ternopol" komandası ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Komandamızın heyətində Musa Musazadə (qapıçı), Mahmud Şirəliyev, Gökhan Kartal, Həsən Camalzadə, Vasif İsmayılov, Eyyub Əfəndiyev, Mehdi Əzimzadə (kapitan) və Sumray Kazımov yer alıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.