İDMAN


"Avro-2020": Belçika millisi Rusiya yığmasını məğlub edib

Bakı, 22 mart, Nicat Məmmədov, AZƏRTAC

"Avro-2020" çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, birinci turun ilk oyun günündə dünya çempionatının bürünc mükafatçısı Belçika seçməsi Rusiya yığmasını qəbul edib.

Oyunda hesabı 14-cü dəqiqədə meydan sahibləri açıb. Bu qoldan sonra hücuma atılan qonaqlar iki dəqiqə sonra hesaba tarazlıq gətiriblər. Birinci hissənin başa çatmasına bir dəqiqə qalmış belçikalılar yenidən hesabda önə keçib. Bu qol 11 metrlik cərimə zərbəsindən vurulub.

Matçın 88-ci dəqiqəsində Belçika millisi rəqib qapısından üçüncü topu keçirib. Oyun 3:1 hesabı ilə belçikalıların xeyrinə başa çatıb.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

I qrupu

Qazaxıstan - Şotlandiya - 3:0;

Kipr - San-Marino - 5:0.

C qrupu

Hollandiya - Belarus - 4:0;

Şimali İrlandiya - Estoniya - 2:0.

E qrupu

Slovakiya - Macarıstan - 2:0.

G qrupu

Avstriya - Polşa - 0:1;

İsrail - Sloveniya - 1:1;

Makedoniya – Latviya - 3:1.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.