İDMAN


"Avro-2020": Steven Zuber Bakıda Hamit Altıntopun rekordunu yeniləyib

Bakı, 20 iyun, AZƏRTAC

Futbol üzrə "Avro-2020"nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda Türkiyə millisi ilə oyunda İsveçrə millisinin üzvü Steven Zuber fərqlənib.

AZƏRTAC xəbər verir ki, 3 məhsuldar ötürmə edən S.Zuber türkiyəli futbolçu Hamit Altıntopun rekordunu yeniləyib.

Qeyd edək ki, türkiyəli futbolçu "Avro-2008"in qrup mərhələsi çərçivəsində Çexiya millisi ilə oyunda 3 məhsuldar ötürmə ilə rekorda imza atmışdı. Oyun Türkiyə millisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.