İDMAN


"Avro-2021": Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstan yığması ilə qarşılaşacaq

Bakı, 8 may, AZƏRTAC

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində ikinci oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, Gürcüstanda təşkil olunan birinci dövrənin oyunlarında “F” qrupunda yer alan yığmamız meydan sahibləri ilə qarşılaşacaq.

Millimiz birinci oyununda Monteneqroya 1:3 hesabı ilə məğlub olub.

Yığmamız birinci dövrədə sonuncu oyununu mayın 9-da Yunanıstan seçməsinə qarşı keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.