İDMAN


"Avro-2021"in ilkin və əsas mərhələsinin püşkü oktyabrda atılacaq

Bakı, 4 iyul, AZƏRTAC

UEFA 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil ediləcək "Avro-2021"in planlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, qitənin ali futbol qurumu ilkin və əsas mərhələnin püşkatma mərasimini bu il oktyabrın 23-də keçirəcək. İlkin mərhələnin oyunları gələn il yanvarın 12-dən 17-dək, əsas mərhələnin qarşılaşmaları isə martın 23-dən 28-dək keçiriləcək. Həlledici mərhələ isə 2021-ci il oktyabrın 31-dən noyabrın 7-dək təşkil olunacaq. 8 komandanın iştirak edəcəyi və iki qrupda mübarizə aparacağı final mərhələsinə hansı ölkənin ev sahibliyi edəcəyinə isə sentyabrın 24-də keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasında aydınlıq gətiriləcək.

Qeyd edək ki, U-19-lar arasında ilk Avropa çempionatı 2019-cu ildə keçirilib. Latviyada təşkil olunan qitə birinciliyinin qalibi İspaniya futzalçıları olub. Azərbaycan millisi əsas mərhələdə mübarizə aparıb və həlledici mərhələyə vəsiqə qazana bilməyib.

U-19 hazırda baş məşqçi Ağatahir Əzimovun rəhbərliyi altında fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.