İDMAN


"Ayaks" klubunun hücumçusu Çempionlar Liqasında həftənin oyunçusu seçilib

Bakı, 9 mart, Nicat Məmmədov, AZƏRTAC

Amsterdamın "Ayaks" klubunun futbolçusu Duşan Tadiç UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, serbiyalı hücumçu İspaniyanın "Real Madrid" klubu ilə səkkizdəbir final mərhələsinin cavab görüşündə qol və məhsuldar ötürmə ilə yadda qalıb. Nəticədə Amsterdam komandası 4:1 hesabı ilə qalib gələrək iki oyunun nəticəsinə əsasən dörddəbir finala yüksəlib. O, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində ən yaxşı futbolçu seçilib.

Tadiç səsvermədə "Tottenhem" klubunun qapıçısı Üqo Lorisi, "Mançester Yunayted"in hücumçusu Romelu Lukakunu və "Portu" komandasının futbolçusu Mussa Mareqanı qabaqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.