İQTİSADİYYAT


"AzerGold" QSC fəaliyyətini elektronlaşdırır

Bakı, 16 iyul, AZƏRTAC

"AzerGold" QSC fəaliyyətini elektronlaşdırır.

QSC-dən AZƏRTAC-a bildiriblər ki, "AzerGold" QSC-də "ERP – Enterprise Resource Planning" (Müəssisə Resurslarının Planlaşdırılması) sistemi və elektron sənəd dövriyyəsi sistemlərinin təqdimatı keçirilib. Tədbirdə informasiya kommunikasiya texnologiyalarının təminatı şöbəsi qeyd olunan sistemlərin uğurlu tətbiqi ilə cəmiyyətdə maliyyə, təchizat, insan resursları və anbar təsərrüfatı üzrə mərkəzləşdirilmiş elektron sisteminin yaradıldığını qeyd edərək elektron sənəd dövriyyəsi sisteminin tətbiq olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, ERP sistemi müasir texnologiya və proqram təminatının dəstəyi ilə real zaman çərçivəsində əsas biznes proseslərinin kompleks idarəetməsidir. Cəmiyyətdə ERP sisteminin qurulması üçün tətbiq olunan SAP B1 proqram təminatı həm Azərbaycanın aparıcı istehsalçı şirkətləri tərəfindən, həm də inkişaf etmiş ölkələrdə geniş istifadə olunur. Bu müasir və innovativ sistemlərin tətbiqi sənəd dövriyyəsinin sürətləndirilməsi və cəmiyyətin fəaliyyətinin elektronlaşdırılması ilə yanaşı, şəffaflığın təmin edilməsinə də öz əhəmiyyətli töhfəsini verəcək.

Tədbir çərçivəsində, həmçinin şöbə rəhbərləri hesabatlarla çıxış edib, birinci yarımilliyin nəticələri və qarşıda duran vəzifələr geniş müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.