İQTİSADİYYAT
"Azər Türk Bank" və "B.EST Solutions" arasında ilk elektron müqavilə imzalanıb
Bakı, 4 iyul, AZƏRTAC
"Azər Türk Bank" və "B.EST Solutions" arasında "Asan İmza" mobil elektron imzanın istifadəsi ilə ilk elektron müqavilə imzalanıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müqavilənin predmeti "Asan İmza" xidmətinin bankın "E-bank" internet bankçılıq proqramına inteqrasiyasını nəzərdə tutur və bu istiqamətdə işlər artıq başa çatdırılıb.
Qeyd edək ki, sənədlərin imzalanmasında "Asan İmza" mobil elektron imzadan istifadə vaxta və digər maddi resurslara qənaət edilməsi və əməliyyatların çevikliyi baxımından əlverişli və məqsədəuyğundur. "Azər Türk Bank" bundan sonra da qabaqcıl texnologiyaların tətbiqinə geniş yer verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]