İQTİSADİYYAT
"Azərbaycan Banklar Assosiasiyası"nın nəzdində yeni ekspert qrupu yaradılıb
Bakı, 13 fevral, AZƏRTAC
"Azərbaycan Banklar Assosiasiyası"nın (ABA) ümumi yığıncağında "Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu"nun yaradılması təsdiqlənib.
ABA-dan AZƏRTAC-a bildiriblər ki, yeni yaradılmış Ekspert Qrupunda aktiv və passivlərin idarə olunması, valyuta əməliyyatları, qiymətli kağızlar, kapital və pul bazarları, törəmə əməliyyatlar, fondların idarə olunması, likvidliyin idarə olunması, valyuta mövqeyinin, valyuta, faiz və likvidlik risklərinin idarə olunması, aktivlərin transfer qiymətləndirilməsi və digər istiqamətlərdə məsələlər müzakirə olunacaq.
Yığıncaqda "Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu"na sədr kimi "AFB Bank"ın İdarə Heyəti sədrinin müavini Aydın Hüseynov təyin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]