İQTİSADİYYAT


"Azərbaycan Banklar Assosiasiyası"nın üzvləri "Xəzərin Sahilində" görüşüblər

Bakı, 23 iyul, AZƏRTAC

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin təşkilatçılığı ilə üzv təşkilatların əməkdaşlarının, qurumun nəzdində fəaliyyət göstərən ekspert qruplarının motivasiyası məqsədilə "Xəzərin sahilində 2018" tədbiri keçirilib.

ABA-dan AZƏRTAC-a bildiriblər ki, 2017-ci ildən başlayaraq keçirilən motivasiya xarakterli bu tədbir əldə olunan nailiyyətlərin kollektiv əməyin nəticəsi olduğunu, həmçinin qarşıda duran hədəflərə çatmaq üçün birliyin önəmini vurğulayan "Uğurlusan-BİRLİKDƏ" adı ilə baş tutub. Tədbirdə motivasiya xarakterli təlim və əlaqədar oyunlar, fərqli əyləncəli müsabiqələr təşkil olunub.

"Zolotaya Korona" şirkətinin baş sponsorluğu ilə keçirilən tədbirdə 50-yə yaxın təşkilatdan 150 nəfərdən çox nümayəndə iştirak edib. Tədbirin tərəfdaşları sırasında "Antaris", "İncəbelli", "Zadagan", "Veysəloğlu", "Ballı", "La Aristocratie", "Andrew's ties" şirkətləri olub.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.