İQTİSADİYYAT


"Azərbaycan Beynəlxalq Bankı" "SIBOS–2017" beynəlxalq konfransında iştirak edir

Bakı, 18 oktyabr, AZƏRTAC

"Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) təmsilçiləri Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il təşkil etdiyi “SIBOS-2017” konfransında iştirak edir.

ABB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 16-19-da Kanadanın Toronto şəhərində keçirilən konfransda bankın nümayəndə heyəti xarici banklarla görüşlər keçirib. “Azərbaycan Beynəlxalq Bankı”nın xarici öhdəliklərinin müvəffəqiyyətlə həyata keçirilən restrukturizasiyası prosesi barədə onlara məlumat verilib, bankın strateji hədəfləri diqqətə çatdırılıb. Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, bu konfransın keçirilməsinə 1978-ci ildən başlanılıb. Hər il müxtəlif ölkələrdən minlərlə nümayəndəni bir araya gətirən bu tədbir ümumdünya bank-maliyyə sektorunun mühüm nailiyyətlərindən sayılır. Hər il bu konfransa iri bank və maliyyə qurumlarının nümayəndələri, eləcə də beynəlxalq maliyyə sektoru üçün avadanlıq və proqram təminatı istehsalçılarının və təchizatçılarının təmsilçiləri qatılır.

Ölkəmizin müasir dövlət bankı olan "Azərbaycan Beynəlxalq Bankı"nın məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi facebook səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.