İQTİSADİYYAT
"Azərbaycan İpoteka Fondu" ASC-nin adi səhmlərinin buraxılışı qeydiyyata alınıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində fəaliyyət göstərmiş Azərbaycan İpoteka Fondunun yenidən təşkil yolu ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin (Fond) yaradılması ilə əlaqədar olaraq, fondun hər birinin nominal dəyəri 1 manat olan 307 238 671 ədəd adi səhmlərinin buraxılışı AZ1001008684 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səhmlərin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, MBNP ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.