CƏMİYYƏT


"Azərbaycan etnomədəni müxtəlifliyin məkanıdır" mövzusunda görüş keçirilib

Bakı, 24 may, AZƏRTAC

“Davam" Gənclər Hərəkatı və "Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dialoq və İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Gününə həsr olunmuş "Azərbaycan etnomədəni müxtəlifliyin məkanıdır" mövzusunda görüş keçirilib.

Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, görüşdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Analitika şöbəsinin müdiri Rəşad İlyasov, “Davam” Gənclər Hərəkatının baş katibi Nigar Aslanova, "Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin sədri Çingiz Bayramov və davamçı gənclər iştirak ediblər.

Görüş zamanı mövzu ilə bağlı müzakirələr aparılıb, gənclərin sualları cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.