CƏMİYYƏT
"Azərbaycan skautlarının milli gənclər proqramı” layihəsi icra olunur
Bakı, 18 may, AZƏRTAC
Dünya Skaut Hərəkatı Təşkilatı, Sülh Elçiləri Dəstək Fondu və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Respublika Uşaq İstirahət və Əyləncə Mərkəzində "Azərbaycan skautlarının milli gənclər proqramı" layihəsi icra olunur.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan Skautlar Assosiasiyasının yaş qrupları üzrə milli gənclər proqramının yazılması olub.
Layihə 2 hissədən ibarət olub.
Beynəlxalq təlimçilər tərəfindən idarə olunan layihənin birinci hissəsi mayın 8-dən 10-dək baş tutub. Beş nəfərdən ibarət olan tərkibdə skaut liderləri mentorluq proqramına cəlb olunub, qeyri-formal təhsil metodları, komandanın idarə edilməsi sahəsində biliklərə yiyələniblər.
Yarış hər qrupda 6 nəfər olmaqla, ümumilikdə 30 nəfərin iştirakı ilə keçirilib.
Layihənin ikinci mərhələsi avqustadək davam edəcək və bu müddət ərzində iştirakçılar qruplar şəklində digər ölkələrin gənclər proqramı komandası ilə onlayn görüşlərdə iştirak edəcəklər.