MƏDƏNİYYƏT


"Azərbaycan xalqının əbədiyyət günəşi" adlı bədii-plastik tamaşa təqdim olunub

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində "Azərbaycan xalqının əbədiyyət günəşi" adlı bədii-plastik tamaşa təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tamaşanın nümayişi Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə ithaf edilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə Humanitar Fənlər təmayüllü məktəb–liseyin direktoru Nəzakət Əsgərova, Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev, Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxış edib.

Ulu Öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığı diqqətə çatdırılıb, onun təməlini qoyduğu ölkəmizin inkişaf strategiyasının bu gün uğurla davam etdirildiyi, Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd edilib ki, Ümummilli Liderin uca zirvəyə qaldırdığı Azərbaycan və azərbaycançılıq məfkurəsi bu gün Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirilir.

Tədbir bədii hissə ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.