İQTİSADİYYAT


"Azəri-Çıraq-Günəşli" yatağında xam neft hasilatının həcmi 26,56 milyon ton proqnozlaşdırılır

Bakı, 3 yanvar, AZƏRTAC

2019-cu ildə "Azəri-Çıraq-Günəşli" yatağında xam neft hasilatının həcmi 197,1 milyon barrel və 26,56 milyon ton proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı "ARDNF-in 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy"ində deyilir.

Bu da hasilatın aşağı düşməsi səbəbindən 2018-ci ilin göstəricisinə nisbətən (204,4 milyon barrel) 7,3 milyon barrel azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.