CƏMİYYƏT


"Azərişıq" ASC: Şimal və qərb bölgələrində, Bakının bəzi ərazilərində, Sumqayıt və Abşeronda elektrik enerjisi verilişi bərpa edilib

Bakı, 3 iyul, AZƏRTAC

Şimal və qərb bölgələrində, Bakının bir sıra ərazilərində, Sumqayıt və Abşeronda elektrik enerjisi verilişi bərpa edilib.

Bu sözləri AZƏRTAC-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

"Hazırda respublikanın Şimal və Qərb bölgəsində, Bakının Bayıl, Şüvəlan kimi bir sıra ərazilərində, həmçinin Sumqayıt, Abşeron, Saray, Bağlar ərazilərində elektrik enerjisinin verilişi bərpa edilib. Qarşıdakı saatlarda digər ərazilərdə də elektrik təchizatı bərpa ediləcək", - deyə T.Mustafayev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.