İQTİSADİYYAT


"Azerspace-2" peykinin orbital mövqeyinə çatması və testlərdən keçməsi üçün təxminən 5 ay vaxt lazımdır VİDEO

Bakı, 26 sentyabr, Xanım Nağıyeva, AZƏRTAC

"Azerspace-2" peykinin orbital mövqeyinə çatması və testlərdən keçməsi üçün təxminən 5 ay vaxt lazımdır.

Bunu AZƏRTAC-a müsahibəsində “Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmov deyib.

Rövşən Rüstəmov bildirib ki, əsas məqsəd “Azərkosmos”un təqdim etdiyi peyk xidmətlərinin çeşidinin və əhatə dairəsinin daha da genişləndirilməsi, ən əsası "Azerspace-1" peykinin orbitdəki ehtiyatının yaradılmasından ibarətdir: “Bilirsiniz ki, “Azerspace-1” peyki 2013-cü ildən fəaliyyət göstərir. Bu günədək ehtiyat peykin olmaması "Azərkosmos"un beynəlxalq tenderlərdə iştirakını məhdudlaşdırırdı. Hər iki telekommunikasiya peykimizin birgə gücü onun peyk texnologiyaları bazarındakı payını və mövqeyini daha da möhkəmləndirəcək”.

R. Rüstəmov onu da diqqətə çatdırıb ki, "Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək: "Azerspace-2" peykinin orbital mövqeyinə çatması və testlərdən keçməsi üçün təxminən 5 ay vaxt lazımdır. Bu müddətdən sonra peykin idarəçiliyi Fransanın "Arianespace" şirkəti tərəfindən "Azərkosmos" ASC-yə təhvil veriləcək. Bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır olacaq".

Dəyəri 190 milyon ABŞ dolları olan "Azerspace-2" peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.