İDMAN


"Azərsu" həndbol komandası Polşanın "Metrako Zaqlebie Lubin" kollektivi ilə növbəti oyununu keçirib

Bakı, 16 sentyabr, AZƏRTAC 

Azərbaycanın qadınlardan ibarət "Azərsu" həndbol komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışların birinci təsnifat mərhələsi çərçivəsində Polşanın "Metrako Zaqlebie Lubin" kollektivi ilə növbəti oyununu keçirib.

AZƏRTAC EHF-in rəsmi saytına istinadla xəbər verir ki, "Hala Vidoviskovo Sportova" arenasında keçirilən qarşılaşmada nominal ev sahibi kimi çıxış edən komandamız bu dəfə də meydandan məğlub ayrılıb - 30:26. İki oyunun ümumi nəticəsinə görə 57:47 hesabı ilə qələbə qazanan polşalılar növbəti mərhələyə yüksəliblər. Təmsilçimiz isə mübarizəni birinci təsnifat mərhələsində dayandırıb.

Qeyd edək ki, görüşün baş hakimləri ukraynalı Anatoli Novikov və Valeri Rozkov olub. EHF-i isə belaruslu Siarhei Kot təmsil edib.

Xatırladaq ki, "Metrako Zaqlebie Lubin" həndbolçuları "Azərsu" ya ilk oyunda 27:21 hesabı ilə qalib gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.