İQTİSADİYYAT


"Azexport" portalı "Google Market Finder" xidmətinə qoşulub

Bakı, 20 iyun, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Azexport.az" portalı “Google” şirkətinin yeni istifadəyə verdiyi "Google Market Finder" xidmətinə qoşulub.

İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sistem www.azexport.az  portalında yerləşdirilən məhsulların 100 müxtəlif kriteriya üzrə təhlilini apararaq məhsullar üçün ən uyğun satış bazarlarını təklif edir. Təhlil üçün “Google” platformasında dünyanın 200-dən artıq ölkəsindən toplanılan geniş və ünvanlı bazar məlumatları istifadə edilir. Bu cür məlumatlar əsasında qlobal ixrac planlarını yaratmaq daha asandır.

Qeyd edək ki, "Google Market Finder" "machine learning" prinsipinə əsaslanan sistem əsasında qurulub.

"Google Market Finder" sistemi Azərbaycan məhsulları üçün ən yaxşı bazarları təklif edir və növbəti satışları planlamaq üçün lazım olan bütün məlumatları verir. Həmçinin "Potensial müştərilər internetdən necə istifadə edirlər?", "Onların gəlirləri nədir?", "Hansı satış kanalları daha etibarlıdır?" kimi sualların cavablandırılmasına kömək edir.

Portalın rəhbəri Zaur Qardaşov bildirib ki, bütün bu məlumatlar əsasında "Market Finder Big Data"ya əsaslanaraq lokalizasiya, beynəlxalq ödənişlər və logistika kimi sahələrdə ən uyğun imkanları seçərək təqdim edir. Z.Qardaşovun sözlərinə görə, hər bir müvəffəqiyyətli ixracatçı qlobal marketinq planına ehtiyac duyur: "Sizin məhsulu xarici bazarlarda təşviq etmək üçün ən yaxşı üsul hansıdır? Müştəriləriniz hansı cihazları istifadə edir və onlara çatmaq üçün ən yaxşı yol nədir? Sistem bu sualları cavablandırdıqdan sonra marketinq qərarlarını məlumat və müştəri anlayışları ilə təmin etməyə kömək edir və ən yaxşı vasitələri təklif edir".

Qeyd edək ki, "Google Market Finder" xidmətindən faydalanmaq üçün "Azexport.az" portalına yerləşdirilən məhsullar haqqında daha geniş və strukturlaşdırılmış (ingilis dili daxil olmaqla) məlumat təqdim etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.