İQTİSADİYYAT


"Azexport" və Dünya Ticarət Mərkəzləri Assosiasiyası arasında anlaşma memorandumu imzalanıb

Bakı, 22 oktyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Azexport" portalı və Dünya Ticarət Mərkəzləri Assosiasiyası (WTCA) arasında anlaşma memorandumu imzalanıb.

İİTKM-dən AZƏRTAC-a bildiriblər ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Ticarət Mərkəzləri Assosiasiyasının Hindistan üzrə nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı İİTKM-in "Azexport" portalının rəhbəri Zaur Qardaşov Azərbaycanda son illər ərzində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanla Hindistan arasında təməli uzun illər öncə qoyulan münasibətlər getdikcə yüksələn xətt üzrə inkişaf edir. Z.Qardaşovun sözlərinə görə, TRASEKA və “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi regional layihələr çərçivəsində ölkələrimiz sıx əməkdaşlıq edir və çoxsahəli əlaqələrin inkişaf etdirilməsi üçün münbit zəmin var.

Dünya Ticarət Mərkəzləri Assosiasiyasının Hindistan nümayəndəliyinin vitse-prezidenti Someş Batra səfərdə olduğu müddət Azərbaycanla bağlı müsbət təəssürat əldə etdiyini bildirib.

Görüşdə, həmçinin WTCA-nın Hindistan şəbəkəsi üzərindən Azərbaycandan ixrac imkanları müzakirə edilib.

Qeyd edək ki, Dünya Ticarət Mərkəzləri Assosiasiyası 1968-ci ildə Nyu-York şəhərində Dünya Ticarət Mərkəzi yanında yaradılıb. Bu qurum beynəlxalq ticarətin genişləndirilməsi üçün Dünya Ticarət Mərkəzlərinin (WTC) yaradılması və effektiv fəaliyyətini nəzərdə tutan qeyri-kommersiya, qeyri-siyasi bir birlikdir. Hazırda WTCA 90 ölkədə fəaliyyət göstərən 287-dən çox lisenziyalı dünya ticarət mərkəzlərini, eləcə də 850,000-dən çox şirkət və fərdi üzvləri özündə birləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.