DÜNYA


"Azovstal"dan hərbçilərin bir qismi təxliyə edilib

Kiyev, 17 may, AZƏRTAC

Mariupolun “Azovstal” ərazisindən 53 yaralı ukraynalı hərbçi Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib, 211-i isə humanitar dəhlizlə Yelenovkaya aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar öz çıxışında bildirib.

A.Malyar bildirib ki, onların daha sonra Ukraynaya qayıtmaları üçün mübadilə proseduru həyata keçiriləcək. O, “Azovstal”dan digər hərbçilərin xilas edilməsi istiqamətində işlərin davam etdirildiyini də diqqətə çatdırıb.

“Azovstal”dan ukraynalı hərbçilərin xilas edilməsi əməliyyatının başlamasını Ukrayna Prezidenti Volodimir Zelenski də şərh edib: “Bu, asan gün deyil. Ümid edirik, bizim oğlanların həyatını xilas etmək mümkün olacaq. Mən vurğulamaq istəyirəm ki, Ukraynaya canlı olaraq Ukrayna qəhrəmanları lazımdır. Bu, bizim prinsipimizdir”.

Qeyd edək ki, “Azovstal”dan hərbçilərin çatdırıldığı Yelenovka və Novoazovsk qəsəbələri Donetsk vilayətinin ərazisində yerləşir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.