İQTİSADİYYAT


"BOKT Embafinans"ın istiqrazlarının təkrar bazarda ticarətinə başlanılır

Bakı, 8 yanvar, AZƏRTAC

Yanvarın 8-də Bakı Fond Birjasında (BFB) "BOKT Embafinans" MMC-nin istiqrazlarının 2-ci tranşı üzrə buraxılışının (ISIN nömrəsi AZ2002020603) təkrar bazarda ticarətinə start verilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, ticarətə buraxılan faizli, təmin edilməmiş istiqrazların məbləği 1 milyon manat, sayı 1000 ədəd, tədavül müddəti 1 il və illik faiz dərəcəsi 10.5 faizdir. BFB-nin Listinq Komitəsinin qərarı ilə "BOKT Embafinans" MMC-nin ikinci tranş üzrə buraxılan istiqrazları noyabrın 29-da Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.

"BOKT Embafinans" MMC-nin istiqrazlarının ticarətində iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər (www.bfb.az).

Qeyd edək ki, "BOKT Embafinans" MMC-nin birinci tranş üzrə buraxılan qiymətli kağızları ötən il oktyabrın 8-də BFB-də ticarətə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.