ELM VƏ TƏHSİL


"Bacaran insanlar sırasında sən də ol" adlı təlim keçirilib

Bakı, 4 oktyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) I kurs tələbələri üçün "Bacaran insanlar sırasında sən də ol" adlı motivasiya təlimi keçirilib.

DGKA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, təlimin ideya müəllifi və moderatoru akademiyanın "İqtisadiyyat" ixtisası üzrə təhsil alan II kurs tələbəsi Aqşin Nəzərlidir.

Aqşin Nəzərli I kurs tələbələrinə uğurlu insanların inkişaf üçün qarşıya qoyduğu hədəflərə çatma bacarığı, bunun üçün lazım olan xüsusiyyətlər, məqsəd və hədəflər, məsuliyyətlilik, o cümlədən mövcud ola bilən komplekslər haqqında danışıb. Cəmiyyətdə insanların özünü təsdiq etməsi və ya uğurlu olmalarının fərqi, könüllülük hərəkatı, könüllü kimi çalışmaq üçün lazım olan tələblər, özünü düzgün təqdimetmə üsulları və digər mövzularda tələbə-gənclərə məruzə edib.

Təlim interaktiv formada keçirilib və auditoriya ilə qarşılıqlı sual-cavab, müzakirələr əsasında aparılıb.

Qeyd edək ki, Aqşin Nəzərli eyni mövzuda təlimi bu ilin yayında "ASAN Könüllüləri" üçün də keçirib. Bununla yanaşı, o, akademiyanın "İqtisadiyyat" tələbə klubunun rəhbəri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) biznes işçi qrupunun koordinatorudur. Aqşin Nəzərli, həmçinin 1 saylı "ASAN xidmət"də könüllü kimi çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.