İQTİSADİYYAT
"Bakcell" məktəbliləri "İnternetdən təhlükəsiz istifadə" ilə tanış edir
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" Azərbaycanın ilk FTTH provayderi olan "ENGINET" şirkəti ilə birlikdə məktəblilər üçün internetdən təhlükəsiz istifadə üzrə maarifləndirmə tədbirlərini davam etdirir.
"İnternetdən təhlükəsiz istifadə" metodlarına dair növbəti maarifləndirici təlim Respublika İncəsənət Gimnaziyasının şagirdləri üçün təşkil edilib. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə icra olunan "Təhlükəsiz İnternet" layihəsi çərçivəsində təşkil olunan təlimdə gimnaziyanın ibtidai sinif şagirdləri, valideyn və pedaqoji heyəti iştirak edib. Görüş zamanı şagirdlərə təhsilin inkişafında faydalı resurs mənbəyi olan internet mühitindəki zərərli məzmunlar barədə məlumat verilərək internetdən təhlükəsiz istifadəyə dair qaydalar izah olunub. Həmçinin şagirdlərə "Bakcell" və "ENGINET" şirkətlərinin birgə hazırladıqları "Təhlükəsiz İnternet Paketləri" barədə geniş məlumat verilib.
Qeyd edək ki, "Bakcell" bir neçə il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən "Təhlükəsiz İnternet Paketləri" uşaqlar üçün internetdən istifadənin təhlükəsiz olmasını təmin edir. Bu internet paketləri və "ENGINET" şirkətinin "İnternet Filtrasiya Xidməti" sayəsində "Bakcell" abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmundan qorumaq imkanına malikdirlər.
"Təhlükəsiz İnternet" paketləri haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internet səhifəsində əks olunur.
Xatırladaq ki, "Bakcell" şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. "Bakcell" şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7000-dən artıq baza stansiyası vasitəsilə "Bakcell" şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications" şirkəti tərəfindən "Bakcell" şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test"). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla" şirkəti tərəfindən "Bakcell"ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.
"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-“Bakcell” abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell"in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.