İDMAN


Cüdoçumuz Kəramət Hüseynov dünya çempionatında beşinci olub   YENİLƏNİB VİDEO

Bakı, 20 sentyabr, AZƏRTAC

Cüdoçumuz Kəramət Hüseynov dünya çempionatını beşinci pillədə başa vurub. Üçüncü yer uğrunda görüşdə təmsilçimiz gürcüstanlı Amiran Papinaşviliyə məğlub olub. 

17:55

Cüdoçumuz Kəramət Hüseynov dünya çempionatının bürünc medalı uğrunda tatami üzərinə çıxacaq. İdmançımızın rəqibi gürcüstanlı Amiran Papinaşvili olacaq.

17:23

Cüdoçumuz Kəramət Hüseynov dünya çempionatının bürünc medalı uğrunda tatami üzərinə çıxacaq. İdmançımızın rəqibi gürcüstanlı Amiran Papinaşvili olacaq.

16:54

Cüdoçumuz Kəramət Hüseynov dünya çempionatının təsəlliverici görüşünü qələbə ilə başa vurub. Koreya Xalq Demokratik Respublikasından olan cüdoçu Yon Qvon Kimə qalib gələn idmançımız bürünc medal uğrunda görüşdə tatamiyə çıxacaq. 

13:57

Cüdoçumuz Kəramət Hüseynov dünya çempionatının təsəlliverici görüşündə iştirak edəcək. Artıq cüdoçumuzun rəqibi müəyyənləşib. Bürünc medala gedən yolda K.Hüseynov Koreya Xalq Demokratik Respublikasından olan cüdoçu Yon Qvon Kim ilə üz-üzə gələcək.

13:19

Cüdoçumuz Kəramət Hüseynov dünya çempionatının təsəlliverici görüşündə iştirak edəcək. Cüdoçumuz ikiqat dünya çempionu, "Rio-2016" Yay Olimpiya Oyunlarının mükafatçısı Yaponiya təmsilçisi Naohisa Takatoya uduzub. 

12:56

Cüdoçumuz Kəramət Hüseynov dünya çempionatında uğurlu çıxışını davam etdirir. Təmsilçimiz ispaniyalı Fransisko Qarriqos ilə görüşdən qalib ayrılıb. Yarımfinalda güləşçimiz ikiqat dünya çempionu, "Rio-2016" Yay Olimpiya Oyunlarının mükafatçısı Yaponiya təmsilçisi Naohisa Takato ilə qarşılaşacaq. 

12:29

Cüdoçumuz Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatında "Rio-2016" Yay Olimpiya Oyunlarının qalibi, "Bakı-2015" ilk Avropa Oyunlarının qızıl medalçısı, üçqat Avropa çempionu rusiyalı Beslan Mudranova ipponla qalib gəlib. Cüdoçumuz növbəti mərhələdə ispaniyalı Fransisko Qarriqos ilə qarşılaşacaq. 

 

11:17

Çüdoçumuz Kəramət Hüseynov (60 kq) Bakıda keçirilən dünya çempionatında ilk görüşünü keçirib.

AZƏRTAC xəbər verir ki, milli komandamızın üzvü belçikalı Joran Şildermansa ipponla qalib gələrək növbəti mərhələyə adlayıb. Cüdoçumuz 1/16 finalda "Rio-2016" Yay Olimpiya Oyunlarının qalibi, "Bakı-2015" ilk Avropa Oyunlarının qızıl medalçısı, üçqat Avropa çempionu rusiyalı Beslan Mudranov ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.