MƏDƏNİYYƏT


"Bakı Oskarı" film festivalı keçiriləcək

Bakı, 30 iyul, Ceyhun Alışov, AZƏRTAC

Avqustun 25-də Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Bakı Oskarı" adlı qısametrajlı film festivalı keçiriləcək.

Layihənin rəhbəri Bəylər Ağayev AZƏRTAC-a bildirib ki, peşəkar və həvəskar gənc rejissorların iştirakı ilə keçiriləcək layihənin əsas məqsədi gənc rejissorların işini dəyərləndirmək, gələcək peşə fəaliyyətlərində onlara uğurlu bir başlanğıc üçün şərait yaratmaqdan ibarətdir. 3 gün davam edəcək festivalda ən yaxşı 10 qısametrajlı film münsiflər tərəfindən seçiləcək. Dini və siyasi mövzular istisna olmaqla gənc rejissorlar bütün mövzulara müraciət edə bilər. Təqdim olunan videomaterialın xronometrajı maksimum 15 dəqiqə olmalıdır. Bundan əlavə, "Ən yaxşı aktrisa", "Ən yaxşı aktyor", "Ən yaxşı ssenarist", "Ən yaxşı operator" seçilərək "Bakı Oskarı" nominasiyaları üzrə mükafatlandırılacaq.

Mükafatlandırma mərasimi avqustun sonunda reallaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.